Futbol üzrə Azərbaycan I Divizionunda V tura start verilib. “Sabah”ın əvəzedici komandası bu turda “Neftçi-2” ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş komandamızın 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Sabah-2”-nin qollarına Vadim Abdullayev və Murad Bağırov imza atıblar.

“Sabah-2” matçda aşağıdakı heyətlə çıxış edib:

98. Oleq Karnaux, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 65. Xəyal Tomarov, 11. Şakir Seyidov, 2. Elçin Mustafayev, 72. Zahid Mərdanov (k), 38. Arsen Ağcabəyov, 42. Reza Bigdelo, 88. Murad Bağırov, 87. Hüseyn Əliyev.

5 turdan sonra hesabında 12 xal olan “Sabah-2” turnir cədvəlinin 2-ci pilləsində yer alıb.