AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlar baş tutub. “Sabah” FK akademiyasının komandaları keçirdikləri 11 oyunun 8-dən qələbə ilə ayrılıblar.

Gənclər Liqasındakı təmsilçimiz hər 3 görüşünü qələbə ilə başa vurub. U-19 “Zirə” (2:0), “Qarabağ” (4:0) və “Tufan”la (2:1) matçlardan yüzfaizli nəticə ilə ayrılıb. 3 turdan sonra hesabında 9 xal olan “Sabah” turnir cədvəlində ilk pillədə qərarlaşıb.

U-11 Liqası

“Sabah” – “Səbail” 6:4

Qollar: Elgün Duraxanov (3), Nihad Hüseynzadə (2), Əli Quliyev.

U-12 Liqası

“Keşlə” – “Sabah” 2:0

U-14 Liqası

“Sabah” – “Xətai” 10:0

Qollar: Anar Cəbiyev (3), Xəlil Mürsəlli, Məhəmməd Məmmədov, Ömər Yusublu, Mətləb Osmanov, Niyazi Osmanov, Mirhafiz Talışzadə, Vaqif Qafarov.  

U-16 Liqası

“Sabah” – “Neftçi” İK İB 2:0

“Zirə” – “Sabah” 0:2

“Sabah” – “Neftçi” 0:6

U-17 Liqası

“Sabah” – UGİM Sumqayıt 16:0

Qollar: Şahmar Aşurov (7), Şahin Kərimli (3), Vüsal Vəliyev (2), Asif Səfərli (2), Vüsal Mirzəzadə, Firəddin Abdullayev.

“Qəbələ” – “Sabah” 3:1

Qol: Kamran Şabıyev.

Gənclər Liqası

“Sabah” – “Zirə” 2:0

Qollar: Nurlan Şabanov (2).

“Qarabağ” – “Sabah” 0:4

Qollar: Tural Nəsirov (4).

“Sabah” – “Tufan” 2:1

Qollar: Ceyhun Nuriyev, Kamran Qürbətov.