“Sabah” FK-nın baş məşqçi əvəzi İqor Ponomaryovun “Səbail”lə oyun (3:0) barədə fikirləri:

“Hazırlıq proqramımız üzərində işləyirdik ki, istədiyimiz nəticəni əldə edək. Futbolçularımız bu oyuna yaxşı köklənmişdilər. Həftəboyu funksional hazırlıqla yanaşı, psixoloji hazırlıq üzərində də işlədik. Çətin qarşılaşma oldu. “Səbail” yaxşı təşkilatlanmış komandadı.

Futbolçular planlaşdırdığımız, məşq etdiyimiz kimi oyunda da öz üzərlərinə düşəni yerinə yetirməyə çalışdılar. İlk hissədə komanda bir qədər əsəbi təsir bağışlayırdı. İkinci hissədə isə futbolçular özlərinə gəldilər və bizə ilk qələbəni gətirən qolları vura bildirlər”.

Komandamızın məşqçisi Rövşən Babayev oyunsonrası mətbuat konfrasında matçla bağlı fikirlərini bildirib:

“Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsunlar, bu gün meydanda yaxşı mübarizə apardılar və bunun da nəticəsində cari mövsümdə ilk 3 xalımızı qazandıq. İqor Ponomaryovun gəlişindən sonra komandada sıçrayış var. Bu matça komandanı bir yerdə hazırlamışdıq. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq. Hər şeyin istədiyimiz kimi alındığına görə şadam”.