Bu gün Azərbaycanın Xocavənd rayonunun işğalından 27 il keçir. 1992-ci il, tarixin bu günündə Ermənistan silahlı qüvvələri Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunu işğal etdilər.
İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.