Futbol üzrə Azərbaycan I Divizionunda VI tura start verilib.
“Sabah”ın əvəzedici komandası bu turda “Kəpəz”i qəbul edib. Binə qəsəbə stadionunda keçirilən qarşılaşma rəqibin minimal hesablı (0:1) qələbəsilə nəticələnib.
6 oyundan sonra hesabında 12 xal olan əvəzedicilərimiz turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
“Sabah-2” I Divizionda növbəti oyununu oktyabrın 19-da səfərdə MOİK-ə qarşı keçirəcək.