“Sabah”ın məşqçisi Rövşən Babayevin “Qarabağ”la oyun (0:2) barədə fikirləri:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bu gün futbolçularımız meydanda əzmlə, sona kimi mübarizə apardılar. Buna görə onlara təşəkkür edirəm. Bu matça həftəboyu yaxşı hazırlaşmışdıq. Qarşılaşmada bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Millinin oyunlarıyla bağlı çempionatda yaranmış fasilədə səhvlərimiz üzərində çalışacağıq”.