Azərbaycan Premyer Liqasında VIII tura start verilib. “Sabah” ikinci dövrənin ilk turunda səfərdə “Keşlə” ilə qarşılaşıb.
“ASCO Arena”da keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Komandamız ilk hissədə hesabda geri düşsə də, oyuna əlavə olunmuş 2-ci dəqiqədə bərabərliyə nail olub. Komandamıza 1 xal qazandıran qola Hendrik Eksteyn imza atıb. Bu, həm də cənubi afrikalı futbolçunun Premyer Liqada ilk qolu olub.
Komandamız növbəti turda “Zirə”ni qəbul edəcək. Oyun oktyabrın 26-da saat 18:00-da “Bank Respublika Arena”da baş tutacaq.