Futbol üzrə Azərbaycan I Divizionunda VII tura yekun vurulub. “Sabah”ın əvəzedici komandası bu turda MOİK-lə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matç “Sabah-2”-nin 2:0 hesablı qələbəsilə başa çatıb. Hər iki qolumuza Emil Qasımov imza atıb.

 “Sabah-2” görüşə aşağıdakı heyətlə çıxıb:

98. Oleq Karnaux, 65. Xəyal Tomarov, 97. Emil Qasımov, 59. Raymond Qodstaym, 18. Kamran Məmmədov, 3. Eldost Qiyasbəyli, 72. Zahid Mərdanov (k), 38. Arsen Ağcabəyov, 91. Cavid Nəcizadə, 42. Reza Bigdelo, 87. Hüseyn Əliyev.

7 turdan sonra hesabında 15 xal olan “Sabah-2” turnir cədvəlində 2-ci pillədə yer alıb.