Komandamızın məşqçisi Rövşən Babayev “Keşlə” ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:
“Əvvəla bu oyuna gəlib, bizə sona kimi dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu gün çalışdıq ki, baxımlı oyun göstərək. Futbolçularımız sona kimi mübarizə apardılar. Daha yaxşı nəticə qazanmaq üçün hamımız çox çalışmalıyıq”.