“Sabah” FK-da yeni məşqçi təyinatı rəsmiləşib. Gənc mütəxəssis Ramin Quliyev İqor Ponomaryovun köməkçisi vəzifəsinə təyin olunub.

“Pro” kateqoriyasına malik 38 yaşlı məşqçinin son iş yeri Azərbaycanın U-17 millisi olub.