Futbol üzrə Azərbaycan I Divizionunda VIII tura start verilib. “Sabah”ın əvəzedici komandası bu turda “Keşlə-2”-ni qəbul edib. “Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Komandamızın qoluna Filip İvanoviç imza atıb.
Matçın 4-cü dəqiqəsində Emil Qasımov rəqib qapıya təyin edilmiş penaltini qola çevirə bilməyib. Hücumçumuzun zərbəsini rəqib qapıçı dəf edib.