Məşqçimiz Rövşən Babayev “Zirə” ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

“İki fərqli hissə oldu. İlk hissədə yaxşı futbol oynadıq. Fasilədə futbolçulara göstəriş verilmişdi ki, hücumda tempi azaltmayaq. Lakin fasilədən sonra rəqib daha yaxşı oynadı. Bunun da məntiqi nəticəsi kimi rəqib hesabı bərabərləşdirdi”.