Azərbaycan Premyer Liqasında IX tura start verilib. “Sabah” bu turda evdə “Zirə” ilə qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. Matçın 22-ci dəqiqəsində Nicat Süleymanov “Zirə”ni hesabda önə keçirən qola imza atıb. Cəmi 6 dəqiqə sonra Amadu Diallo hesabı bərabərləşdirib. İlk hissənin sonlarında – 44-cü dəqiqədə Diallo oyunda özünün və komandamızın ikinci qolunu vurub. Amadu Hendrik Eksteynin ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 2:1. Ancaq komandamız qələbə hesabını qoruyub saxlaya bilməyib. Matçın 88-ci dəqiqəsində rəqibin futbolçusu Nicat Süleymanov matçda yekun hesabı müəyyənləşdirən qola imza atıb – 2:2.

Komandamız növbəti turda səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Oyun noyabrın 3-də, saat 17:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.