Bu gün “Sabah” Futbol Akademiyasında seminar keçirilib.

Akademiyamızın qapıçılar üzrə koordinatoru Xəyal Zeynalov və qapıçı məşqçisi Elçin Cəfərov öz biliklərini azyaşlı futbolçularımızla bölüşüblər. Seminarda “Sabah” Futbol Akademiyasının aşağı yaş qruplarında çıxış edən bütün qapıçılar iştirak edib.

Azyaşlı qapıçılarımızın öz mövqeyi üzrə biliklərini inkişaf etdirməsi baxımından səmərəli olan bu cür seminarların gələcəkdə mütəmadi hal alması planlaşdırılır.