Futbol üzrə Azərbaycan I Divizionunda IX tura yekun vurulub.
“Sabah”ın əvəzedici komandası bu turda səfərdə “Sumqayıt-2” ilə qarşılaşıb. “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçirilən matç rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Oyunda hesabı rəqib açıb. Matçın 47-ci dəqiqəsində Nəbi Məmmədov “Sumqayıt-2”-ni hesabda önə çıxaran qola imza atıb. 64-cü dəqiqədə rəqib hesab arasındakı fərqi artırıb. Rüfət Abdullazadə fərqlənib – 2:0. Qarşılaşmanın 67-ci dəqiqəsində komandamız meydanda azlıqda qalıb. Eldost Qiyasbəyli ikinci sarı vərəqədən sonra, qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Komandamız yalnız matçın 90+3-cü dəqiqəsində fərqlənə bilib. Reza Biqdeloo penaltidən fərqlənərək hesab arasındakı fərqi azaldıb – 1:2. Bu, həm də matçda yekun nəticə olub.
9 turdan sonra hesabında 16 xal olan “Sabah-2” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komandamız növbəti turda evdə “Turan Tovuz”la qarşılaşacaq. Görüş noyabrın 7-də baş tutacaq.