Məşqçimiz Rövşən Babayev “Qəbələ” ilə oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

“Əvvəlcə bu oyuna gəlib, bizi sona kimi dəstəkləyən azarkeşlərimizə komanda adından təşəkkür edirəm. Oyuna gəldikdə isə hesabda geri düşsək də, sonda özümüzdə güc tapıb əzmkar qələbə qazana bildik. İstəkli, əzmkar oyun sərgilədik. Buna görə futbolçularımızı təbrik edirəm. Bu gün bir neçə qol fürsəti əldə etsək də yararlana bilmədik. Əsas odu, oyundan 3 xalla ayrıla bildilk. Bundan sonra öz oyunumuzu inkişaf etdirib, nəticələrimizi yaxşılaşdırmağa çalışacağıq”.