Azərbaycan Premyer Liqasında X tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Qəbələ” ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən matçın ilk hissəsi rəqibin 1:0 hesablı qələbəsilə başa çatıb. Lakin komandamız özündə güc taparaq, nəinki hesabı bərabərləşdirib, hətta görüşü qələbə ilə başa vura bilib.

Əvvəlcə Cavid İmamverdiyev Hendrik Eksteynin ötürməsindən sonra  gözəl qola imza atıb. 73-cü dəqiqədə isə “Pule” Cavidin ötürməsindən sonra komandamızı hesabda önə keçirib – 1:2. Görüş elə bu hesabla da başa çatıb.

Bu oyundan sonra xallarının sayını 10-a çatdıran “Sabah” turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Komandamız növbəti turda evdə “Sumqayıt”la qarşılaşacaq. Matç noyabrın 10-da baş tutacaq.