Futbol üzrə Azərbaycan I Divizionunda X tura start verilib. “Sabah”ın əvəzedici komandası bu turda son həftəyə kimi turnir cədvəlinə başçılıq edən “Turan Tovuz”u qəbul edib.
“Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib. Görüş “Sabah-2”-nin minimal hesablı qələbəsilə başa çatıb. Oyunda yeganə qola matçın 87-ci dəqiqəsində Reza Biqdelo imza atıb.
Bu görüşdən sonra hesabındakı xalların sayını 19-a çatdıran “Sabah-2” I Divizionda liderliyə yüksəlib. Komandamız çempionatda növbəti oyununu səfərdə “Ağsu”ya qarşı keçirəcək.