Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur.
Düz 101 il öncə – 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar qəbul edib. Qərar əsasında Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olunub.
Ancaq 1920-ci ildə, sovet işğalından sonra üçrəngli bayrağımız qırmızı rəngli sovet bayrağı ilə əvəz edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetində “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul olunub. Qanun əsasında 1918-ci ildəki üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi təsdiqlənib.
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Bayramınız mübarək!