“Sabah” Azərbaycan Premyer Liqasının XI turunda evdə “Sumqayıt”la qarşılaşıb (1:3). Məşqçimiz Ramin Quliyev oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. İlk hissədə bərabər oyun izlədik. İkinci hissədə biz də qol vura bilərdik, rəqib də. Müdafiədə səhvlərimiz oldu. Qol imkanlarımızdan yararlana bilmədik. Bir epizod oldu ki, oyunun qırılma anı idi. Biz imkanlarımızdan istifadə edə bilmədik, rəqib isə əlinə düşən imkanlardan lazımınca yararlandı”.