Azərbaycan kubokunda 2019/20 mövsümünün püşkü atılıb. “Sabah” kubokun ilk mərhələsində “Ağsu” ilə qarşılaşacaq. Görüş “Bank Respublika Arena”da baş tutacaq. 1/8 final mərhələsinin oyunları dekabrın 4-də keçiriləcək.
Komandamız ilk mərhələni keçəcəyi təqdirdə, 1/4 finalda “Qəbələ” ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri dekabrın 15-16 və 19-20-də baş tutacaq.