Futbol üzrə Azərbaycan I Divizionunda XI tura yekun vurulub. “Sabah”ın əvəzedici komandası bu turda səfərdə “Ağsu” ilə qarşılaşıb. Ağsu şəhər stadionunda keçirilən matç komandamızın 4:0 hesablı qələbəsi ilə nəticələnib.
Görüşdə hesabı oyunun 23-cü dəqiqəsində Bəxtiyar Soltanov açıb. Qarşılaşmanın 55-ci dəqiqəsində Emil Qasımov hesab arasındakı fərqi 2 topa yüksəldib. 67-ci dəqiqədə Bəxtiyar özünün 2-ci, komandamızın 3-cü qoluna imza atıb. Qarşılaşmada son nöqtəni oyunun 90-cı dəqiqəsində Cavid Nəcizadə qoyub – 4:0.
11 turdan sonra hesabında 22 xal olan “Sabah-2” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Əvəzedicilərimiz XII turu buraxacaq.