Azərbaycan Premyer Liqasının XII turunda “Sabah” səfərdə “Səbail”i 3:1 hesabıyla məğlub etdi. Oyunsonrası mətbuat konfransında məşqçimiz Ramin Quliyevin matçla bağlı fikirlərini bildirib:
“İki fərqli hissə izlədik. İlk hissədə bərabər oyun getdi. İkinci hissədə hər iki komandanın qələbə qazanmaq imkanı vardı. Rəqib şansından istifadə etdi, hesabı açdı. Hesab edirəm ki, oyunun qırılma anı rəqibin azlıqda qalması, bizdə isə hücumçu dəyişikliyi oldu. Roxas o qədər oynamaq şansı əldə edə bilmirdi. Bu həftə məşqlərdə özünü yaxşı tərəfdən göstərərk əsas heyətdə başlamaq etimadı qazandı. Gələcəkdə hər şey ola bilər. Bu gün Diallonun günü idi.
Qələbələrimizin davamlı olmasını istəyirik. Uğurlu çıxışımızı stabil hala gətirmək arzusundayıq. Bu gün qələbə qazandığımıza görə şadıq”.