“Sabah” Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək “Qarabağ”la oyunun hazırlıqlarına başlayıb. “Səbail”lə matçdan sonra 2 günlük istirahətə buraxılan komanda, bu gün “Bank Respublika Arena”nın ehtiyat meydançasında yeni baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında ilk məşqinə çıxıb.
Xatırladaq ki, “Qarabağ”la oyun dekabrın 2-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.