Yeni baş məşqçimiz Jelko Sopiç bu gün futbolçulara təqdim edilib. “Bank Respublika Arena”da baş tutan görüşdə yeni baş məşqçimizlə yanaşı, onun köməkçisi Marko Lozo da futbolçularla tanış olub.
Xatırladaq ki, Sopiçlə 1,5 illik müqavilə bağlanıb. “Sabah” xorvatiyalı mütəxəssisin rəhbərliyi altında ilk oyununu “Qarabağ”a qarşı keçirəcək. Görüş dekabrın 2-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.