Baş məşqçimiz Jelko Sopiç “Qarabağ”la oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. Xorvatiyalı mütəxəssis yetirmələrinin oyunundan razı qaldığını deyib:

“Futbolçular verdiyim göstərişləri tam yerinə yetirdilər, məşqlərdə verilmiş tapşırıqlara əməl etdilər. Onlar meydanda ürəklərini ortaya qoydular. Rəqibin futbolçularının ustalıq səviyyəsi daha yaxşı idi. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Amma mənim futbol fəlsəfəmdə taktika çox da önəmi deyil. Oyunçularıma iradım yoxdu. Çünki meydanda əllərindən gələni etdilər. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.