Baş məşqçimiz Jelko Sopiçin “Ağsu” ilə kubok oyunu (5:0) barədə fikirləri:

“İlk hissədə istədiyimiz kimi oynamadıq. Birinci yarıda sərgilədiyimiz oyundan razı qalmadım. Fasilədə uşaqlara dedim ki, indi hamı sübut etməlidir ki, həqiqətən oynamaq istəyir. Qalib gəldik. Hesabı normal qəbul edirəm. Bu gün gənclərə də şans verdim. Onlara liderlik etməsi üçün Kərim Diniyev və Məhəmməd Mirzəbəyovu  da oynatdım. Hava çox soyuq idi, belə havada oynamaq çətindir. Hansı hesabla qalib gəlməyimiz mənim üçün önəmli deyil.

Növbəti mərhələdə “Qəbələ” ilə oynayacağıq. Bu qarşılaşma fərqli olacaq. Bu gün daha çox gənclərə şans verdik. “Qəbələ” ilə iki görüşümüz olacaq. Həmin oyunlarda ideal heyətə üstünlük verəcəyik”.

Xatırladaq ki, komandamız 1/4 finalda “Qəbələ” ilə qarşılaşacaq. İlk oyun dekabrın 15-də, cavab görüşü isə dekabrın 19-da baş tutacaq.