“Sabah” Futbol Akademiyası bölgələrdə futbolçu seçimlərinə başlayıb. İlk səfər Aran bölgəsinə olub. Akademiyamızın məşqçiləri noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonlarında seleksiya xarakterli məşqlər keçiblər.
Seçimlər 2001-2006-cı il təvəllüdlülər arasında baş tutub. Seleksiya xarakterli məşqlərdə fərqlənənlər qarşıdakı günlərdə Bakıda baş tutacaq növbəti seçimlərdə iştirak edəcəklər.
Məşqlərdə fərqlənənlərə akademiyamızın titul sponsoru “Maxi.az” tərəfindən müxtəlif hədiyyələr verilib.
“Sabah” FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda davam edəcək.