Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi” ilə qarşılaşan (0:2) “Sabah”ın baş məşqçisi Jelko Sopiç oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

“Daha yaxşı çıxış edə bilərdik. Buraxılan ilk qola şərhim yoxdu. Əlavə edilmiş dəqiqədə, standart vəziyyətdən qol buraxdıq. Standart vəziyyət zamanı rəqibin birinci dirəkdə təhlükəli olduğunu demişdik. Bu gün rəqib daha yaxşı idi”.

Xatırladaq ki, “Neftçi” ilə oyun Premyer Liqada bu il son qarşılaşma olub. III dövrəyə gələn ilin fevral ayında start veriləcək. Komandamız növbəti oyununu Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə qarşı keçirəcək. İlk oyun dekabrın 15-də Qəbələdə, cavab matçı isə dekabrın 19-da Masazırda, “Bank Respublika Arena”da baş tutacaq.