Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub. 2019-cu ilin son turunda “Sabah” “Neftçi”ni qəbul edib.

Oyunda hesab matçın ilk hissəsinə əlavə edilmiş dəqiqələrdə açılıb. Anton Krivotsyuk künc zərbəsindən ötürülən topu qapıdan keçirib – 0:1. İlk hissə bu hesabla da başa çatıb.

Fasilədən sonra hər iki komandanın fərqlənmək şansı olsa da, uzun müddət hesab dəyişməz olaraq qalıb. Matçda növbəti qol oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə vurulub. Stiven Monroz qarşılaşmada yekun hesabı müəyyənləşdirib – 0:2.

Çempionatın iki dövrəsindən sonra hesabında 13 xal olan “Sabah” 8 komanda arasında 6-cı pillədə qərarlaşıb.