Futbol üzrə Azərbaycan I Divizionunda XIII tura yekun vurulub. “Sabah”ın əvəzedici komandası birinci dövrənin son turunda evdə “Qarabağ-2” ilə qarşılaşıb.

Görüş rəqibin 1:5 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada komandamızın yeganə qoluna penaltidən Zahid Mərdanov imza atıb.

“Sabah-2” çempionatın ilk dövrəsini 22 xalla 4-cü pillədə başa vurub.