“Sabah” Futbol Akademiyasının bölgələrdə futbolçu seçiminə başladığı barədə məlumat vermişdik. Akademiyamızın məşqçi heyəti noyabrın 27-də Salyanda, 28-də İmişlidə, 29-da isə Saatlıda seleksiya xarakterli məşqlər keçmişdi.
Bu gün Aran bölgəsindəki seçimlərdə fərqlənmiş uşaqlar Bakıda təşkil edilən növbəti seleksiya məşqlərində iştirak ediblər.
Xatırladaq ki, “Sabah” Futbol Akademiyası qarşıdakı aylarda bölgələrdə futbolçu seçimlərini davam etdirəcək.