Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün ilk yarısına yekun vurulub.

“Sabah”ın mövsümünün ilk yarısında keçirdiyi ev oyunlarını ümumilikdə 10550 tamaşaçı (orta hesabla hər oyuna 1507) izləyib. Bu, çempionatın ilk yarısında qeydə alınmış ikinci ən yaxşı göstəricidir.

Cari mövsümdə ev oyunlarımızda ən çox azarkeş “Qarabağ”la qarşılaşmada (3000 tamaşaçı), ən az tamaşaçı isə “Səbail”lə matçda (300 tamaşaçı) qeydə alınıb.