“Sabah”ın U-14 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Audi Cup” turnirində iştirak edir. Komandamız turnir çərçivəsində ilk oyununu İspaniyanın “Levante” komandasına qarşı keçirib.
Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Oyunda komandamızın yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb.
“Sabah” növbəti oyununu bu gün yerli “Saburtalo”ya qarşı keçirəcək.