Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib. Komandamız bu dəfə yerli “Saburtalo”yla qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, U-14 turnir çərçivəsində keçirdiyi ilk matçda İspaniya “Levante”si ilə qarşılaşmışdı (1:3). Komandamız turnirdə növbəti oyununu İtaliyanın “Verona” komandasına qarşı keçirəcək.