“Sabah” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Qəbələ”yə məğlub oldu (0:3). Matçdan sonra baş məşqçimiz Jelko Sopiç qarşılaşma barədə fikirlərini bildirib:

“Bu gün rəqib ağıllı futbol oynadı. Onları qələbə münasibətilə təbrik edirəm. Futbol qol vurmaq üçündü. Bu gün imkanlarımızdan istifadə edə bilmədik. Cavab oyununda yaxşı nəticə qazanmaq üçün var gücümüzlə mübarizə aparmalıyıq”.

Xatırladaq ki, “Sabah”la “Qəbələ” arasında cavab oyunu dekabrın 19-da, saat 18:00-da “Bank Respublika Arena”da baş tutacaq.