“Sabah” FK-nın qış hazırlıq planı bəlli olub.

Komandamız yanvarın 8-dən 22-dək Antalyanın Belek bölgəsində təlim-məşq toplanışında olacaq. “Sabah” toplanış çərçivəsində 4 yoxlama oyununda (yanvarın 11, 15, 19 və 20-də) qüvvəsini sınayacaq.

Yoxlama oyunlarındakı rəqiblərimiz barədə qarşıdakı günlərdə məlumat veriləcək.