Baş məşqçimiz Jelko Sopiç “Qəbələ” ilə oyun (0:3, 2:3) barədə fikirlərini bildirib:
“Rəqibi mərhələ keçməsi münasibətilə təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər, bizdən daha çox qol vurdular və qalib gəldilər. Futbolçularımla bağlı mənfi rəy səsləndirmək istəmirəm. Onlar bu gün meydançada əllərindən gələni etdilər. Deyə bilərəm ki, biz bu mərhələni Qəbələdə uduzmuşduq. Özüm də futbolçu olmuşam və bilirəm ki, kubokda belə məğlubiyyətlərdən sonra matçı çevirmək çox çətin olur. Bu gün meydanda sona kimi mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm”.