Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. “Sabah” bu mərhələdə “Qəbələ” ilə mübarizə aparıb. Bu komandalar arasında Qəbələdə baş tutmuş ilk matç meydan sahiblərinin 3:0 hesablı qələbəsilə nəticələnmişdi.

“Bank Respublika Arena”da baş tutan cavab görüşündə də “Qəbələ” qələbə qazanıb – 2:3. Komandamızın hər iki qoluna Bəhlul Mustafazadə imza atıb.

Baş məşqçimiz Jelko Sopiç bu qarşılaşmada aşağıdakı heyətə şans verib:

1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev (97. Emil Qasımov, 26), 22. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev (17. Məhəmməd Mirzəbəyov, 46) 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 26. Ozan Can Kökcü (27. Hendrik Ekşteyn, 67) 11. Şakir Seyidov.

Bu oyunlardan sonra “Sabah” Azərbaycan kubokunun 1/4 final mərhələsində mübarizəni dayandırıb.