“Sabah” FK Hendrik Eksteynlə yollarını ayırıb. Cənubi afrikalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
28 yaşlı futbolçu bu ilin yayından komandamızın uğurları üçün çalışırdı. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qola imza atıb.
“Sabah” FK Eksteynə gələcək karyerasında uğurlar arzulayır.