“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqib müəyyənləşib. Komandamız toplanış çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununda Rumıniyanın “Akademika Klinçeni” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 15-də baş tutacaq.
Xatırladaq ki, komandamız “Akademika Klinçeni”dən öncə, yanvarın 11-də Macarıstanın “Pakş” komandası ilə üz-üzə gələcək. “Sabah” Türkiyənin Antalya vilayətinin Belek bölgəsində keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.