“Sabah”ın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib bəlli olub. Komandamız Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşacaq. Görüş yanvarın 19-da baş tutacaq.
“Kaysar” Qazaxıstan kubokunun son qalibidi. Rəqibimiz Qazaxıstan Premyer Liqasının son mövsümünü 6-cı pillədə başa vurub.
Xatırladaq ki, Türkiyənin Antalya vilayətinin Belek bölgəsində məskunlaşacaq “Sabah” yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də isə Rumıniyanın “Akademika Klinçeni” komandaları ilə üz-üzə gələcək.
Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. Rəqib barədə qarşıdakı günlərdə məlumat veriləcək.