“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib. Xorvatiyalı yarımmüdafiəçi Mario Marina bundan sonra komandamızın uğurları üçün çalışacaq. 30 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerası ərzində Xorvatiyanın “Dinara Knin”, “Imotski”, “Krka Lozovats”, “Zaqora”, “Şibenik” və Bosniya və Herseqovinanın “Şiroki Briyeq” komandalarında çıxış etmiş Marinanın son klubu “Qoritsa” (Xorvatiya) olub.