“Sabah” FK yeni ildə ilk məşqə çıxıb. Məşq “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutub. Yeni transferimiz Mario Marina da ilk məşqdə iştirak edib.

Komandamız yanvarın 7-nə kimi Masazırda məşqlərini davam etdirəcək. Ayın 8-də Türkiyəyə yola düşəcək “Sabah”, burda 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Jelko Sopiçin yetirmələri yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də Rumıniyanın “Akademika Klinçeni”, 19-da isə Qazaxıstanın “Kaysar” klubları ilə qarşılaşacaq. Daha bir rəqib barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Komandamız Bakıya yanvarın 22-də qayıdacaq.