Antalyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti məşqinə çıxıb. Komandamız əvvəlcə fitnes zalında yüngül məşq keçib, daha sonra meydançada müxtəlif taktiki təmrinləri yerinə yetirib.

Xatırladaq ki, Jelko Sopiçin yetirmələri sabah toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcəklər. Rəqib Macarıstanın “Pakş” komandası olacaq.