Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” yanvarın 11-də hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Komandamız Macarıstanın “Pakş” klubu ilə qarşılaşacaq. Görüş Belekdəki “Titanik Mardan” stadionunda, yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) başlayacaq.
Qarşılaşma “Sabah” FK-nın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.