Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”, hazırlıqları davam etdirir. Komandamız bu gün iki məşq keçib.

Əvvəlcə səhər saatlarında fitnes zalında məşq edən futbolçular, daha sonra yaşıl meydanda toplu və fiziki təmrinləri yerinə yetiriblər. Axşam saatlarında komandamızın daha bir məşqi baş tutub. Günün son məşqində əsasən, taktiki təmrinlər yerinə yetirilib.

Xatırladaq ki, yanvarın 8-dən Antalyada təlim-məşq toplanışında olan “Sabah”, hazırlıq çərçivəsində növbəti yoxlama oyunu Rumıniyanın “Akademika Klinçeni” klubuna qarşı keçirəcək. Görüş yanvarın 15-də baş tutacaq. Komandamız toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” (0:2) klubu ilə üz-üzə gəlib.