“Sabah” Antalyada təlim-məşq toplanışını davam etdirir. Komandamız bu gün bir məşqə çıxıb. Jelko Sopiçin yetirmələri axşam saatlarında, “Titanik” otelinin meydançasında baş tutan hazırlıqda həm taktiki-texniki, həm də fiziki təmrinləri yerinə yetiriblər.
Komandamız sabah toplanış çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Rəqib Rumıniya “Akademika Klinçeni”si olacaq. Matç saat 17:30-da (Bakı vaxtı ilə 18:30) “Titanik Mardan” stadionunda baş tutacaq.
Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” komandası ilə qarşılaşmışdı (0:2).