Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”, yanvarın 15-də hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Komandamız Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Görüş Belekdəki “Titanik Mardan” stadionunda, yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) başlayacaq.

Qarşılaşma “Sabah” FK-nın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına (0:2) qarşı keçirmişdi.