Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”, bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Rəqib Rumıniyanın “Akademika Klinçeni” komandası olub (0:0). Baş məşqçimiz Jelko Sopiç klubumuzun saytına oyunla bağlı fikirlərini bildirib:
“Bu gün sərgilədiyimiz oyundan məmnun qaldım. Komandam yaxşı təsir bağışladı. Rəqibə fərqlənmək üçün çox şans vermədik. Həmçinin oyunçularımızın zədə almadığına görə də şadam. İkinci hissədə bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Hücum xəttində daha dəqiq olmalıyıq. Ancaq ümumi götürdükdə, sərgilədiyimiz oyundan razı qaldım. Bu, bizim istədiyimiz oyundu. Ümid edirəm ki, hər həftə öz oyunumuzu bir az daha inkişaf etdirəcəyik. Düşünürəm ki, biz doğru yoldayıq”.